Yarasa
Bir kəlmə sözümdən nə tez incidin,Gəl apar ömrümü sənə yarasa.Sən ki, sərraf idin, sən ki, incidin,Vurmasın aranı yolux, yarasa.
Tənə dolu namən bağrım qanatdı,Qıydı bizə yad ortaya qan atdı.Çəkdir dara, eşqimizi qanat di,Təki məni şirin dilli yar, asa.
Neynək belə gəldi mənə, il qara,Gəldi çovğun, basdı məni il qara.Öldür Məmmədhüseyni, bəd çıx ilqara,Yaran bunla sağalası yarasa.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-yarasa
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Gəlmədi
Yenə bahar gəldi, növbahar oldu,Niyə mənim şux baharım gəlmədi?
Ya səndədi, ya məndəAla gözlüm, dərdə oldum giriftar,Dərdə dərman ya səndədi, ya məndə.
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Gəraylı: Məni eşqə salan dilbərMəni eşqə salan dilbər,Sən ha belə deməmişdin,