Ləblərindən əmər olsam peyvəstə,Abi-həyat aramağın nə dəmi.Sən könlümü oxşar olsan ahəstə,Huri-mələk soramağın nə dəmi.

Yetişər olarsam sərvirəvanə,Elə billəm çıxdım güllü-gülşanə.Pərişan zülfün, yaraşıqsa hüsnünə,Bir də çəkib daramağın, nə dəmi.

Məmmədhüseynlə gəl ol pərim, rubaru,Mən də çatım kama, a gözüm nuru.Ötüb var ömrünün incisi, dürü,Qalıb evdə qarımağın nə dəmi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов