Sənə qurban
Bir arzum var, bir istəyim, diləyim,O da vüsalındır, yar sənə qurban.Sənsən ömrüm, sənsən gülüm, diləyim,Sən də baxma mənə xor, sənə qurban.
Əl atanda turunc narın oynasın,Havalansın qara gözlər qaynasın.Gəl sındırma taleyimin aynasın,Etmə bu ülfətə ar, sənə qurban.
İlk ovumda sən çıxmısan güzara,Sənsən hər dərdimə eyləyən çara.Məmmədhüseyn uymaz özgə dildara,Sənintək qismətim var, sənə qurban.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-sene-qurban-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gəlmişəm (Başına döndüyüm, a dəstəbaşı)
Başına döndüyüm, a dəstəbaşı,Yön çevirib bu diyara, gəlmişəm.
Gəlmişəm (Eşitdim sədanı, a minagərdən)Eşitdim sədanı, a minagərdən,Gecə-gündüz uça-uça gəlmişəm.
GörmüşəmGizlətmə ay üzü yaşmaq altında,Qaymaq dodağında balı görmüşəm.
Göyçə ellidi(qıfılbənd)On altı paçalı o nə əlamətdi,