Gözucu məclisə nəzər yetirdim,Gördüm ki, telinə yar, sığal verib.Astadan içimdə köksüm ötürdüm,Gözəllik hüsnündə var, sığal verib.

Şux əndamı əndamların içində,Tək yaranıb, kimdir belə biçimdə.Sərraf gözüm yaxşı seçib seçimdə,Edib gözəlləri xar, sığal verib.

Məmmədhüseyn gördü, artdı həvəsi,Hər gəldikcə qulağına xoş səsi.Xanımların yığvalımın töhfəsi,Eyləyib günümü dar, sığal verib.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов