Xub yaraşır sənə əlindəki gül,Mən səni oxşayam, tax sinəm üstə.Başın qoy döşümə yat xumar-xumar,Busədən ayılıb bax sinəm üstə.

Nə sözümdən inci, nə özümdən küs,Qoy gülsün üzümə o, sevimli üz.Deyincə ki, şair məndən əlin üz,Al iti xəncəri çax sinəm üstə.

Məmmədhüseynin sənsən əzəl vüqarı,Ömürlük solmayan xoş laləzarı.Ey aşiq könlümün bağçası, barı,Şirin arzu kimi ax sinəm üstə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе