Aşıq olan şövqə gəlməz,Şövqü-güzar olmasa.Şeyda bülbül fəğan qılmaz,Gülşəni zar olmasa.Pərvanələr eşq ucundan,Dolanar şam başına.Səməndər oda yanmaz,Nar intizar olmasa.

Aşıq olan əzəl bilsin,Məclisinin halını.Danışanda xub danışsın,Top etsin kamalını.Mərifətlə xırd eyləsin,Göstərsin öz malını.Satmasın naşı sərrafa,Yaxşı bazar olmasa.

Məmmədhüseyn, el içindəSən dolandın hər yanı.Namərdlərə nifrət olsun,Mərdə söylə dastanı.Yaxşılarla yaxşı danış,Pisin özü utanı.Mərd meydanda mərd gərəkdi,Mərdimazar olmasa.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов