Gəlib çıxdım oylağıma,Aç qoynunu, ana dağlar.Hacı Qurban yaylağıma,Yetişdim gur ana, dağlar.

Qürbət eldə çox dolandım,Axşam-səhər adın andım.Səni gördüm qubarlandım,San gəlmişəm cana, dağlar.

Yazın, yayın bir cənnətdi,Bu ellərə şan-şövkətdi.Bəzənibsən, xoş adətdi,Yenə yaşıl dona, dağlar.

Lalə, nərgiz, tər bənövşə,Əsirgəmə dər bənövşə,Buz bulağın düşüb işə,El gəlir mehmana, dağlar.

Sinən üstə maral gəzər,Ceyran qaçar, cüyür süzər.Məmmədhüseyn özü düzər,Səni min dastana, dağlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе