Bulaq
Səhər, axşam büsatın var,Qoyma suyun dona, bulaq.Hər gün səni pişvaz eylər,Neçə-neçə “sona”, bulaq.
Gözəllərin gözəlləri,Qələm qaşlı neçə pəri.Bu dağların tək dilbəri,Mehman olur sana, bulaq.
Yetir ona salamımı,Məcnun-Məcnun kəlamımı.Onsuz yaram sağalımı?Dönər bağrım qana, bulaq.
Həzin nəğmədir zümzümən,Ətrafındır nə xoş gülşən.İlhamınla bu çöl, çəmən,Gəlir hər il cana, bulaq.
Etmə məndən o, mələyi,Odur eşqimin gərəyi.Məmmədhüseynin də ürəyi,Olub şana-şana, bulaq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-bulaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Salırsan baş çəkib ovc səmayə,Nəzər hiqarət cahanə, dağlar,
Qəzəl: Qönçə tək eldən kişi sirrin nihan etmək gərəkQönçə tək eldən kişi sirrin nihan etmək gərək,Aşiqi-yekrəng olan bağrını qan etmək gərək
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
Eylə müştaqi-cəmaləm, bilmənəm dünya nədirEylə müştaqi-cəmaləm, bilmənəm dünya nədir?Talibi-bəzmi-vüsaləm, bilmənəm dünya nədir?