Səni
Çox aradım, çox axtardım,Tapdım tək bir dənə səni.Gözəllər səf-səf düzülsə,Dəyişmərəm minə səni.
Xəlvət alıb gətirdiyim,Gül bağçada bitirdiyim.Muradına yetirdiyim,Kimdi salan ünə səni.
Ay bəxtimin dan ulduzu,İqbalımın qara gözü.Oxşatmayım necə düzü,Axı aya, günə səni.
Məmmədhüseyn dözməz sənsiz,Bu dünyada gəzməz sənsiz.Qəvvas olub üzməz sənsiz,Anar dönə-dönə səni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-seni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Səndədir
Getmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
Dedim, dediDedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu
Qurban olumGüllər dərən gözəl sənin,Əllərinə qurban olum,
Seyr edin, gərdəni minaya baxınSeyr edin, gərdəni minaya baxın,Sərimi saldı nə sevdaya baxın.