Zimistan qəhrindən çıxıbdır yaza,Bürünüb yaşıla, ala bu yerlər.Bu zövqü-səfada, bu təravətdə,Nola axıratan qala bu yerlər.

Bir tərəf laləzar, bir yan bənövşə,Nərgiz səpələnib yamaca, döşə.Yaranıb cənnətlə elə bil qoşa,Kim qıyar, Xudaya, sola bu yerlər.

Göyçənin səfası, Göyçənin varı,Gözəldir çəməni, gülü-gülzarı.Məmmədhüseynin var ömrünün baharı,Məskəni, oylağı ola bu yerlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе