Nə deyim
Qadir Allah, sənsən mənim pənahım,Qanlı leşkər hücum etsə, nə deyim?Bu dünyada gizli olan günahım,Qiyamətdə aşkar olsa, nə deyim?
Bir ağrı ki, başdan yenəndə cana,Əcəl gəlib ömür yetər bədfəna.Əzrayıl xışmanın vuranda qana,Haqq əmridi, canım alsa nə deyim?
Qadir Allah, sən rəhm eylə naçara,Qoyun necə tab gətirsin bıçağa.Qoyallar məzara, bükəllər ağa,İnkir, minkir sual etsə nə deyim?
Bu sözlərim mütəllifə yetməsə,Qəbul olub həmdi surəm ötməsə.Kəlmə danışmağı dilim tutmasa,Əzrayıl gürzünü çalsa, nə deyim?
Məmmədhüseyn doymaz dünya bəhsindən,Oxumamış əlif beydən, yasindən.Nəkrailin qilü-qallı səsindən,Məzar qızıb odla dolsa, nə deyim?
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-ne-deyim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Laləli, nərgizli Tərsə yaylağı,Tərlanların yaylağıdır əzəldən.
GəldinQədəmin şəfadır xəstə canıma,İncimə ay İnci, göz üstə gəldin.
GəlməzHərcayıya söz açarsan ədəbdən,İrişər, anlamaq huşuna gəlməz.
Gəlmişəm (Varım-yoxum olan qoyunum, malım)Varım-yoxum olan qoyunum, malım,İtib, axtarmaqdan zara gəlmişəm.