Gün üzrə ay tuluimi ya gün kəmanıdır,Ya qaşdurur bu cümləsi aşıq gümanıdır.

Cami-cahannümayə düşüb əksi-asiman,Xalın səvadi əxtəri-bəxtim nişanıdır.

Göstərsə, yox əcəb, yədi-beyza Kəlimi-təb,Hala ki, şaxi-güldə təcəlla zamanıdır.

Badi-səba əbirfişani-çəmənmidir,Ya bustani-hüsn ruxün busitanıdır?

Şövqi-təranə, qüvvəti-pərvaz olurmu hiç,Ol əndəlib üçün ki, qəfəs aşiyanıdır?

Dilbər bəyani-halim eşitməzsə, yox əcəb,Pərva qılurmu əhli-cünun dastanıdır.

Макта — последний бейт с тахаллусом поэта. Qüdsi, üzari-zərdimi əşk etdi laləgun,Bu gülşənin baharı, zəmani-xəzanıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе