Səfheyi-mülk cahanda xalə bənzərdir Vənd,Basəfalıqda behişt ilə bərabərdir Vənd

Məscidi bimisl, meydanı, çinarı binəzir,Suyunun hər cur'əsi bir abi-kövsərdir Vənd

Sərvlər çərx yerinə baş çəkibdir bağ ara,Dörd tərəf nəxl ü sənəvbər bid ü ərərdir Vənd

Xoş havadır, basəfadır, xasə fərvərdin ayı,Zülfi-məhbuban kimi daim müənbərdir Vənd

Gər qələm əhli kitabə yazsa ilqayi-qüra,Şəhərlərdən cümlə məclisdə müsəddərdir Vənd

Əhli-xibrət gər tapubsa kimya əfsanədir,Sərbəsər başdan ayağ kükürdi-əhmərdir Vənd

Səhni-gülzarı dolub gülhayi-rəngarəngilə,Nət'i-minakərdi, ya dükani-zərgərdir Vənd

Nəğmeyi-hüdhüd çinar üstündə tutmuş aləmi,Elə şurəngizdir guya ki məhşərdir Vənd

Bülbülün şurunu gör, bir yanda qumru naləsin,Gülşən içrə fil-misl çun cəşni-qeysərdir Vənd

Kim deyil kim görə keyhan içrə bu Əlbürzdən,Buqübeysin başına bir tərfə əfsərdir Vənd

Hər nəsimi-can fəza gəlsə gəlir bu ölkədən,Şeş cəhət xuldi-bərin tək ruhpərvərdir Vənd

Saf zərdir, söyləsən vəsfin qəzəl söylə yazıb,Dağ-daşdan səs gələr bundan da bərtərdir Vənd

Bir qələt sözdür "Gülüstani-İrəm" tərifdə,Aç gözün, qıl bir nəzər, gör hansı dilbərdir Vənd

Saqiya, sən görməyibsən şol "Gülalə çeşmə"sin,Bir qədəh doldur, sərapa qənd ü şəkərdir Vənd

Səhni-gülzara qədəm qoy, gör gülüstan nəkhətin,Mahrular bəzmi tək daim münəvvərdir Vənd

"Asiya" seyri "Müsəlla" seyrinə vermiş şikəst,Deməsin "Xacə" ki "Rükn-abad"a bənzərdir Vənd

Dər-i gunagun ilə ləbrizdir damani-küh,Ləli-mərcan kanı çun dəryayi-əxzərdir Vənd

Xoş məkandır, lik səd əfsus yox bir əhli-dil,Bu səbəbdən ruz u şəb daim məkdurdur Vənd

Dərd çox, həmdərd yox, mənzil savux, bir şuğl yox,Qış qatı mu'nis tapılmaz, səslərim kərdir Vənd

Xürdədanlar Qüdsiyə irad çox tutmasun,Çünki əvvəldən ona məskən müqərrərdir Vənd

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе