Nə bədxudur gözəllər hər kimi gördükdə nişlər,Çəkərlər təyğ əbrudən nəzər əhlin qılışlər

Vurarlar tir-tir üstün tökərlər aşiqin qanın,Dönüb bir xəndə ilə vurduğu zəxmi kirişlər

Əgər ləl ü ləbin öpdümsə qəhr etmə, bu rəsm olmuş,Ələ bir alma düşdükdə qızarmış olsa dişlər

Məni qoymaz qara xala baxım ol merdümi-çeşmin,Məsəldir dənəyə qəsd eyləyən quşları kişlər

Dedim sübhin dəmidir bu, ya çak giribandır?Nigin hər qədər pürqiymət dedi olsa gümüşlər

Məni ağuşünə çək, pir sərmaxurd hicranam,Hər ol yer gərm ü sərd olsa olsalar orda qışlər

Şikayət etmə Qüdsi xubrular cövr ü zülmündən,Fəqət hər çənd ola altun gənə axır çəkişlər

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви