Şikəstə
Qalmışam pərvanə tək,Odlanə-odlanə mən.
Rəhm et məni-müztərə,Yığılmış dərd bir yerə,Deyim ya bir kafərə,Ya bir müsəlmanə mən.
Bilmişəm qəm çarasın,Yarım telin darasın,Qanlı ciyərparasınEyləmişəm şanə mən.
Deyiz, töküm qanımı,Faş olsun imanımı,Tapşırmışam canımı,Zülfıi pərişanə mən.
Qudurmusan, azmısan,Ölüm hökmün yazmısan,Qəbrimi gen qazmısan,Gedim qəbristanə mən.
Aşqi məhəbbət basıb,Boynumdan zünnar asıb,Nahaq yerə əl basıb,And içim Quranə mən?
Kafər olma, dinə gəl,Dinsizsən, ayinə gəl,Xətanı, qoy, Çinə gəl,Qoy gedim İranə mən.
Pozuldu can gülşəni,Öldürdü bu dərd məni,Vəfasızsan, get, səni,Tapşırdım Quranə mən.
Gül, çəməndə gül kimı,Günüm keçsin il kimi,Həsrətlə bülbül kimi,Baxım gülüstanə mən.
Peygəmbərsən, tarısən,Dındırmə əğyarı sən,Qoyma, əgər yar ısən,Qalım yanə-yanə mən.
Çərxi-fələk mahisən,Çox böyük dərgahisən,Əgər sən Allah isən,Səcdə edim hayanə mən?
Gah ağlayıb, gah gülüb,Gahi göz yaşım silib,Baki tək həsrət ölübYetmədim cananə mən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mesedi-eyyub-baki-sikeste
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kafərdi kor mələk bilə, canə mələk səni,Sultani-hüsnsən yaradıb tanrı tək səni.
Viran olu könlüm evi viranə görəndəViran olu könlüm evi viranə görəndə,Viranə virantər olu viranə görəndə.
Deyin o yara, edir aşiqin səfər, gəlsinDeyin o yara, edir aşiqin səfər, gəlsin,Şikənci-əqrəb ara gizlədib qəmər, gəlsin.
Məni eşq əhlinin divanına divanə yazmışlarMəni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
Стихи других поэтов · О любви
Mənəm ki, sakini-meyxaneyi-diyari qəməm,Hərifi-badəkeşi-bəzmi-sağəri-ələməm.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm