Bayatılar
Düz dağlar, əyri dağlar,Düzəlməz əyri dağlar,Gözün dağı düz çəkər,Qaşların əyri dağlar.
Bülbül evi qəfəsdir,Di gəl, axır nəfəsdir,Bir gözüm sənə qurban,Bir gözüm mənə bəsdir.
Yar getdi, ağla dağlar,Aləmi dağla dağlar,Yar getdi, can da getdi,Gözlərim bağla, dağlar!
Mən aşiqəm, göz yara,Könül yara, göz yara,Nə xoşdur can verəydim,Baxa-baxa göz yara.
Bağ verər arzum barı,Əl yetmir üzüm barı,Nə can çıxır, qurtarır,Nə görür gözüm yan.
Dərdlilər hər dəm ağlar,Həm sızıldar, həm ağlar,Gör nə günə qalmışam,Əhvalıma qəm ağlar.
İşim düşüb bəndə yar,Canım qalıb səndə yar,Məni Allah öldürsün,Sən də qurtar, mən də yar.
Gözlərin qara dağlar,Dağ çəkib qara dağlar,Həsrət ölüb Əyyubun,Geyib göy, qara dağlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mesedi-eyyub-baki-bayatilar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Viran olu könlüm evi viranə görəndə,Viranə virantər olu viranə görəndə.
Deyin o yara, edir aşiqin səfər, gəlsinDeyin o yara, edir aşiqin səfər, gəlsin,Şikənci-əqrəb ara gizlədib qəmər, gəlsin.
Məni eşq əhlinin divanına divanə yazmışlarMəni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
ŞikəstəQalmışam pərvanə tək,Odlanə-odlanə mən.
Стихи других поэтов · О любви
Bənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
Yenə, ey gözləri məftun, sənə məftunəm mənYenə, ey gözləri məftun, sənə məftunəm mən,Zarü məhzunü digərgunü ciyərxünəm mən.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Bəxti-nafərcam tək acılmadı qarə sabahBəxti-nafərcam tək acılmadı qarə sabah,Ki, deyəm hali-dilim yari-cəfakarə sabah.