Bəxti-nafərcam tək acılmadı qarə sabah,Ki, deyəm hali-dilim yari-cəfakarə sabah.

Məni rüsva elədi bəxti-siyahim gecələr,Ki, necün gəlmədi bir dəm eləyə carə sabah.

Usanıb zülm binasından, edib şərmu həya,Eyləmə sineyi-əfkarımı sədparə, sabah!

Yataram hicr dəmində, elərəm ahu fəğan,Nəlur izhar edəsən halımı ol yarə, sabah!

Nə uzun oldu fəraqın gecələr, gəlmədi subh,Yazığam, ruzi-vüsalə yetir, ol karə sabah.

Mənə ol qədr təğaful elədi munca zaman,Az qalıbdır ki, olam dərbədər, avarə, sabah.

Макта — последний бейт с тахаллусом поэта. Kərimin kimsəsi yoxdur ki, deyə, hali-dilin;Həmdəm ol bir necə dəm mən kimi qəmxarə, sabah.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви