Aman fələk, mürvət fələk, dad fələk,Bidad fələk, zülmün nümayan oldu.Gecələr əflakə1 yetişir naləm,Günbəgündən halım pərişan oldu.

Hicranm evində qalmışam tənha,Fələk verdi mənə dərdi-bidəva,Hücumi-qəm etdi könlümü yəğma,Hal-əhvalım gör bir nə yaman oldu.

Əzəldən taleyim dönüb idbara,Əsirü sərgəştə, qaldım avara,Qan ağla hər zaman Kərim biçara,Cəfa çəkdim, ciyər dolu qan oldu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе