Gəlmədi
Ey ağalar, könlüm çapdı əylənməz,Sultanım, sərdarım, ağam gəlmədi.Dərdi-qəm tapdağı olmuşam həmin,Göz qaldı yollarda, sonam gəlmədi.
Qülbeyi-hicranda qalmışam həmin,O şahibazımın çəkərəm qəmin,Bu dərdlə ölməyim olubdu yəqin,Üstümə gözləri alam3 gəlmədi.
Həmişə ahü-zar olub əzbərim,Bilirmi halımı şahi-sərvərim,Yazıq bu halına, a Mücrim Kərim,Can çıxınca dedim, halım gəlmədi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mucrum-kerim-gelmedi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · Хвалебные
آن کجا کاوس کرد او نیت جادوستان
وان کجا محمود کرد او نیت هندوستان
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
Sultanımızdan bezmişikQalmışıq evsiz-eşiksiz canımızdan bezmişik,Üzmüşük torpaqdan əl, ünvanımızdan bezmişik.
Vəzirin elçiliyiSözlərini şahın eşitcək vəzirDüşdü yola getməyə ol binəzir,