Ətəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,Ağa kərəmsiz olmaz, qul xətasız,Azad et bunları zərngahından

Əmr eyləyib kəlamında Xaliqüllazi,Vəlkazimənəlğeyzi vəlafinəllazi,Sən adil padşahsan, gəl elə qiyasi,Alçaq bunların cürm və günahından

Nə qalib olmuş sənə bu hirs və itab,Bu qədər məxluqə verirsən əzab,Məhşər günü Haqqa nə verirsən cavab,Xəcalət olmazsan dəftər siyahından

Aşiq olan bilər eşqin işini,Əqli qalmaz başda, coşar daşını,Öz əli ilən girdaba salar başını,Mürəxxəs et bunları zərngahından

Şah Səməd səndən bu minnəti eylər,Gəlibdir qapuna bir dilək dilər,Zülm adətincə, ey şah, dadgər,Eyləmə utan öz əməlindən

Случайное стихотворение

Стихи других поэтов · Хвалебные