Ey Füzuli
Ey Füzuli, bu pərişan dərdi – pünhan könlümüYandırıb odlara sən, neçün belə qan eylədin?
Mən sürüb qəm karvanım gəldim ki, sən eşq əhlisən,Könlümü viran edib, sən bunca əfqan eylədin.
Gəlmişəm dərgahına, son qoy bu hicran ahıma,Tez açıb qəm süfrəni sən məni mehman eylədin.
Ey məhəbbət mülkünün sultanı, eşq peyğəmbəri,Eşq, sənət mülkünü sən gül-gülüstan eylədin.
Gəlmişəm vəslin bulum, sən vəslinə əlçatmazın,Sən məni eşq taxtı üstə şaha sultan eylədin.
Sən mənə bəxş eylədin ey pir, bu sərvət kanını,Könlümün mülkün o dəmdə çilçıraqban eylədin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-ey-fuzuli
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Ayrılıq əlindən sözlüyəm yenə,Könlüm haray eylər, ay ellər, ellər.
Yavaş-yavaşDəli könlüm xəyal etmə, gəlirəm yavaş-yavaş,Cismim hicranın bölürəm yavaş-yavaş.
Sılaya varacağamYol ver, çəkil önümdən, ey yolumu kəsən dağ,Gün gəldi, yetər artıq, sılaya varacağım…
شب عیدست چندانی امان ای عمر مستعجلکه صبح آید کشد تیغ و کند قربانم آن قاتل