Gəlsin
O tayda ana da ağlar,Kirpiyi şana da ağlar,El köçüb, yurdu qalıb,Boyanıb qana dağlar!
Tapdadın bu gülşəni,Ağlatdın könlü şəni,Balamı qana salan,Qan tutsun görüm səni!
İstəmərəm qəm gəlsin,Tökülsün aləm gəlsin!Dərd mənə güc edəndəYanıma Laləm gəlsin!
Əsliyəm, Kərəm gəlsin,Mənə ruh verən gəlsin!Təbib, dərman əvəziBircə Xatirəm gəlsin!
Qoy incim, dürüm gəlsin,Yüzlərdən birim gəlsin!Dərmanım tapılmasaQoy Cəvahirim gəlsin!
Torpağım, otum gəlsin,Adını tutum gəlsin,Dərdimi sağaltmağaMənim Yaqutum gəlsin.
Çıraq gəlsin, şam gəlsin,Könlümə ilham gəlsin,Könlümü güldürməyəQoy bircə Vəfam gəlsin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-gelsin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Aşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Futbol və ŞekspirDostum, doğrudan da, qəribədir, sənMənim taleyimə həsəd çəkirsən.
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,