Dostum, doğrudan da, qəribədir, sənMənim taleyimə həsəd çəkirsən.Deyirsən o boyda salon hər gecəSəni alqışlayır öz ürəyincə.Başına gül səpir, çiçək ələyir...Yenə də varmıdır arzun, diləyin?Yox, dostum, başqadır könlümün dərdi,Bu dərd daşları da dilləndirərdi.Mən səhnə oğluyam, yurdum səhnədir,Səhnəsiz mənimçün səadət nədir?Mən orda tapmışam sevinci, qəmi,Orda deyəcəyəm axır kəlməmi.

Baxıram səhnədən salona bəzənNə qədər cərgəni boş görürəm mən.Hanı bir zamanlar qapı sındıran,Buraya can atan tamaşaçılar?Buydu aktyoru qanadlandıran...Tutsun küçələri boran, şaxta, qar,Teatrdan ayaq kəsilməzdi heç,Bircə tamaşaçı əksilməzdi heç...

İndi qara gözlük, ölçüsüz corab,Qafiyəsiz şeir, maraqsız kitab,Xaricə səyahət dəbdədir yaman.Ahəngsiz musiqi, kəmərsiz şalvar.“Modern” adlanan cansız tablolar,Baxırsan, düşməyir, dildən, dodaqdan.

Bir vaxt gözəllərin zinəti hörükİndi xanımlara bir yük olub, yük...Zülfə söz qoşmayır şairlər indi.Klassik şeri də əzbər deyənə,Bir az dəbdən kənar paltar geyənə“Zövqü geri qalıb” deyirlər indi.

Çatlayır, partlayır, stadionlar,Futbola axışır minlər, milyonlar,İnsan seltək axır stadiona.Yetmiş min nəfərlik o yeri gəzsənBir-iki boş stul tapa bilməzsən,Hələ biletsizlər qalsın bir yana!

Eh, futbol neyləsin! Eləsi var ki,Səninçün min nağıl, dastan açar ki,Elə bu sözü də “hökmü-zamandır!”Ötürür oyunu araqla, mərclə,Günəşli havanı demirəm hələ.Kişisən, yağışda onu dayandır!

Üzündən tökülür mədəniyyəti,Son dəbdə geyimi, boyu, qaməti,Qızıl sağanaqlı çeşməyi qara...Özü də kiçicik söz düşsə əgərFutbol qanunundan bir saat deyər:“Ofsaytdır”, “küncdəndir”, “çıxdı kənara”.

Lakin Falstafı seçməz Yaqodan,Çaşıb teatra getsə bir zamanŞüşə gözlər ilə baxar səhnəyə.Axıra çatmamış hələ tamaşaDurub asqılığa qaçar birbaşa“Paltomu hamıdan tez alım” – deyə.

Dünən teatrdan çıxdım mükəddər,Yolda tutdu məni tanış bir nəfər:Deyəsən futboldan gəlirdi, qardaş,Sonuncu oyundan açdı min nağıl.Əsirdi çiynində kos kimi bir baş –Üstündə tük yoxdu, içində ağıl.O, “uduzduq” deyə köks ötürəndəMən də köks ötürüb səhnəni andım.Ancaq mən “dostumun” nəzərlərindəAvamdım, cahildim, həm də nadandım.

Pelenin atılan dırnaqlarını.Düzü, Şekspirlə dəyişməzdi o.Mən səhnə dedikcə dodaqlarınıTurş alça yeyənlər kimi büzdü o.

Filosoflar kimi sonra o saatƏlavə elədi: – Belədir həyat,Görünür, bu da bir “hökmü-zamandır?!”O getdi, baxırdım arxasınca mənTeatr keçirdi nəzərlərimdən –Bəli, səhnəmizin halı yamandır.Görürəm son vaxtlar işi əyibdir,Futbol Şekspiri üstələyibdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов