Hər məhəbbət vaqeədir,Min üzünü gördüm azı.Axır mən də bildim nədirBir ürəyin vurulması.Dost, görsəydin onu əgər.Elə bil yaz qönçəsidir.Gülmə, məni boğur qəhər.Elə bil gül qönçəsidir.Onu görsən deyərsən sənİlk baharın saf qətrəsi.Yanağına səpələnənO qızılı saç titrəsəTitrəyirəm yarpaq kimi.Suya həsrət dodaq kimiMən məhəbbət təşnəsiyəm,Qoy qəlbimi sənə açım.Sevgi ötən tar səsiyəm...Görürsənmi, mənim saçımAğ çiçəyə batıb tamam.Onun saçı yaz çəməni.

Mən son payız yarpağıyam,O bağçalar yasəməni.Dostum, gülmə,Elə bilməSevməmişəm bu vaxtadəkSöylə görüm hansı ürəkDöyünübdür məhəbbətsiz?Sevmək üçün gəlmədikmi dünyaya biz?!Hər sinədə bir ürəkdirİlkin dadan bu neməti.Bilirsənmi nə deməkdirAktyorun məhəbbəti?Mən sevmişəm insanların əvəzindəAl pərdəli bir səhnədən.Ömrü keçmiş ixtiyarın nəfəsindəEşq sevdası tapmışam mən.Birisinin çilik-çilik sevgisiniAğrı kimi ürəyimdə daşımışam.Bilirsənmi necə olurAktyorun məhəbbəti?Gözlər dolur,İnsanların fəlakətiOnun ürək tellərinəToxunduqca mizrab kimi,Öz sevgisi xəyal olurİlğım kimi, sərab kimi.

Məktub aldım bu gün ondan,Dostum, bahar gəldi sandımHər sözündən, salamındanElə bil ki, cavanlandım.O bu yaşda, bu qüvvətdəGörün necə vurulubdur.Eşqindəki hərarətdəSanki günəş yoğrulubdur.Ağ varaqda kəlmə deyil,Ürəyinin vurğusudur.

Kitablardan gəlmə deyil,Öz qəlbinin duyğusudur.Axı ona kim öyrətdiBelə çılğın vurulmağı?De, bu necə məhəbbətdi.Sevgi belə olmur axı!Bəlkə də bu tez oyanmışBir sevdadır – tez keçəcək.Ya ağılsız alovlanmışBir tonqala düşmüş ürək!

Məhəbbətin hər üzünüMən görmüşəm səhnələrdə.Məhəbbətin hər sözünüSöyləmişəm pərdə-pərdə.Bəzən eşqim fəğan edib,Titrəmişəm yayda belə.Bəzən eşqim tüğyan edib,Qarda, qışda tər tökmüşəm gilə-gilə.Alqışlayıb salon məni:“Həqiqi eşq belə olar!”Səhnədəki vaqeəniÖz macəram anlayıblar.Səhərisi yağış kimiMəktub yağıb ünvanıma,Salondakı alqış kimiSözlər axıb ünvanıma.Sevda dolu hər bir səsiÖzümünkü sanıb çoxu.Məktubların hər kəlməsiBir aləmdir,Buyur, oxu.Biri “nakam eşqim” üçünMin təsəlli verir mənə.Yazır: “Könül verdin neçünEşqə arxa çevirənə?!”Məktub yazıb neçə qadın

Öz adıyla, özgə adla.Subayları açıq-aydın.Ərliləri – ehtiyatla.Bəlkə elə budur yalnızO gözəli dindirən də.Taleyimə yanmış o qızMənə məktub göndərəndə?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви