Firdovsi yanıldı
Qadınla əjdaha düşsə torpağa,Torpaq da onlardan qaçar uzağa.Firdovsi
Firdovsi yanıldı qoca dünyada,Qəzəbi aldatdı böyük şairi.Şair unutmuşdu uca dünyada,Özünün beynində, ürəyində dəAnası tuturdu ülvi bir yeri.Firdovsi ananı dünya sanırdı,Eşqiylə göylərə qanadlanırdı.
Qadın çiçəyidir həyat bağının,Ziynəti, bəzəyi yar otağının.Ətri, təravəti gül yarpağıtək,Köksündə döyünür incə bir ürək.Belə bir incəlik kimsədə yoxdur,Duyan bir ürəyin məlalı çoxdur.O susar, çox zaman qəlbini açmaz,Zəhmətin, həsrətin qaçmaz əlindən.Fəqət mənliyini heç nəyə satmaz,O üsyankar olur taleyə bəzən...
Sən sev qadınını, bəslə gül kimi,İstər qoca olsun, istərsə cavan.Qoru tufanlardan tər sünbül kimi,Xəbərin olmasa ondan bir zamanHəyatı gül kimi saralıb solar,Ömrü yar bağında beşgünlük olar.Onun sədaqətə, hüsn-rəğbətə,Riyasız bir eşqə, təmiz ülfətə,Hörmətə, qayğıya ehtiyacı var,Unutsan, çiçəktək saralıb solar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-firdovsi-yanildi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
İbtida xəlq oldu külli-kainat,İnsan nəqa mindi, nəqa nə mindi?
Hər zaman gul yuzunu murği-ravan eylər yadHər zaman gul yuzunu murği-ravan eylər yad,Bülbülü bismilu şuridə kimi eylər dad.
İstərəm həmdəm olum bir neçə Məcnunlar iləİstərəm həmdəm olum bir neçə Məcnunlar ilə,Yəni aşiqlər ilə, didəsi pürxunlar ilə.
Şe’r və məhəbbətŞadam səri-kuyində nikahban ola bilsəm,Bir dəm hərəmi vəslinə mehman ola bilsəm.