“Ayrılıq görüşlə bitir... tez olur”.Görüşlə bitmədi bu hicran niyə?Yenə piyaləmə ayrılıq dolur,Bu son ayrılıqdır, son hicran – deyə.

İllər gəlib keçir hey birər-birər,Bir arzu, bir nisgil yaşayır ancaq.İllərin üstünə qalanan illər,Nə qədər yaxındır nə qədər uzaq.

Bir il də üstünə ğəldi illərin,Yetər, bir ömürdür ayrılmışıq biz.Səbri nə böyükmüş bizim ellərin,Gözləri yoldadır yaralı Təbriz.

Hanı bu ayrılıq, bitmədi qardaş,Görüşlə bitmədi sən deyən kimi.Hicran da yığışıb, getmədi, qardaş,Gəl, sözlə ovutma sən də qəlbimi.

Saraldı könlümün, gözümün kökü,Bəs sona yetmədi niyə bu hicran?Hər ömür yolunun vardır öz yükü,Fəqət hicran yükün fil çəkməz inan.

“Görüş qışdan sonra bahar”sa əgər,Bəs hanı, bu qışın hanı baharı?Bir ömür ayrılıq az imiş məgər,Hələ də bağlıdır vətən yolları.

Yaz gəldi, xəzan da, qış da dolandı,Bu gündən sabaha qaldı görüşlər.Gözlərdə bir ümid çırağı yandı,Meylini yadlara saldı görüşlər.

Vüsalsız hicranın söylə adını,Bir ömür ayrılıq hicranmı məgər?Demə ki, unutdu ellər andını,Bilirsən, bu yolda çəkmişəm nələr.

Gör neçə nəsildir, neçə zamandır,Nəvələr böyüyür babadan ayrı.Sən yaxşı bilirsən necə yamandır,Bir ömür yaşamaq obadan ayrı.

Susar intizarla, gözlər inadla,İstiyə, soyuğa davamlı könlüm.İlləri, ayları izlər inadla,Arzulu, nisgilli, hicranlı könlüm.

Dostlar görüşəndə dinər arzular,– Bu bayram hicranlı son bayramımız.Hamının qəlbində bircə arzu var:– Gələn il o tayda bayram edək biz.

Gün dönər, ay dönər, illər dolanar,İnan ki, qardaşım, toyda, düyündəBu həsrət gözlərdə alışıb yanar.Dil açıb danışar toy da, düyün də.

Bayramlar, illər tək düşər ömürdən,Fəqət bu bir arzu getməz heç yana.Hər səhər, hər axşam qarğıyıram mənVüsalsız hicrana, sonsuz hicrana.

Nolaydı ey həyat, nolaydı ey kaş,Gülü budağından qoparmayaydın.Vüsal badəmizə dolaydı ey kaş,Həsrətli ömürdən bir yarpaq beləQoparıb uzağa aparmayaydın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке