Agah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,Çarə qıl kim, qərqi-ab etmiş məni çeşmim nəmi,Vəqtdir, ey Nuhi-dövran, gəl ki, gəlmişdir dəmi,Yoxsa bu tufana sənsiz çarəsaz olamaz gəmi.

Hanı Rüstəm Zal, yəni pişvayi-pəhləvan?Hanı ol divi-səfidə vurduğu gürzi-giran?Hanı ol Əfrasiyab, İsfəndiyari-qəhrəman?Cümləsin qüllabinə çəkmiş qəzayi-asiman,Leyk qılmış sənglax çərx Rəxşi-Rüstəmi.

Aləmi təxsirə salmış fitnəvü ali-fələk,Aləmə məlumdur kim, böylədir hali-fələk,Aqilü nadan olubdur cümlə pamali-fələk,Sərvqədlər qədini əymişdir ol zal fələk,Gör necə zali-fələk təsxirə salmış aləmi.

Düşmənidir bu zamanda hər kişi öz canının,Fərqi yoxdur bir-birindən aqilü nadanının,Vay, yüz nıin əlindən ədlsiz dövranının.Dərd üçün heç bir təbibin sudi yox dərmanının,Bu zəmanə zəxminin yox bir müvafiq məlhəmi.

Demə bu zəxmin, təbiba, bunda yoxdur çarəsi,Məlhəmi-vəslət dilər bu tiği-hicran yarəsi,Qərqi-xun eylər cahanı çeşmimin fəvvarəsi,Olmuşam dəşti-fənadə Arifın avarəsi,Gəl ki, pamal eyləmişdir Saliki hicran qəmi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке