Xalqımı çox sevirəm, çox.Ona mənsub olduğum üçün yox,Əməksevərdir –ona görə,Qonaqpərvərdirona görə.Hər şeyiÜrəyinə salandır,Özgə dərdinə qalandır.İncəlikləri duyarMənim xalqım.Haqqın keşiyində durarmənim xalqım.Qəlbində qürur, alnında vüqar –Mənim xalqım...Torpağa bağlıdır əzəldən.Mətanətli, dözümlüdür,Sınamışam mən.Təmkini dağ kimidir,Fitri istedadı – bulaq kimi.Səbri Kənan səbrinə bənzər,Adı, şöhrəti uzaqlarda gəzər.Gənclərini çox sevirəm,Vəfalıdır, ona görə.Qocalarını çox sevirəm,Hər sözü mənalıdır, ona görə.Anaların kəsərlidir sözü,Uzaqgörəndir gözü.Gözəl adətləri vardır xalqımın,Ürəyi işıqdır, nurdur xalqımın.Uşaqlıqdan bir adətdirBizdə böyüyə hörmət.Alınıb-satılmaz məhəbbət.Toxunulmazdır əmək,Müqəddəsdir zəhmət.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви