Yazıqdır
Havayı həvəsə ciyərin yaxma,Ərənlər verdiyi gözə yazıqdır.Hər gördüyün məhbub dilbərə baxma,Sorarlar hesabı, gözün yazıqdır.
Əxlaqda həlim ol, pəncədə polad,Lisanda kamalın hal eylə qat-qat.Əvvəl sərraf ara, sonra sözün sat,El qədrin bilməzsə sözün yazıqdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-senlik-yaziqdir
Клавиши ← → для перехода, R — случайное стихотворение