Qaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllahÜzünü görən deyir əlhəmdülillahAdı kafir isə imanə gələr

Badi-səba müjdə vermiş güllərəBağça barın tökmüş sağa-sollaraNərgis gözətçi durmuş baxar yollaraEşitmiş ki canan seyranə gələr

Hüsnün tək açılmaz çəməndə hər gülNeçə can vermədi vəslinə bülbülCəmalın şəmində yandı mürği-dilNeçə kim şöləyə pərvanə gələr

Kimin var sən təki gül üzlü yarıMən tək şikəstədir aşiqi-zarıSən İsmayıl köyünün mənə bazarıBayat Abbas onda qurbana gələr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви