Badi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimiƏmanət, əmanət, etməsin izharHər bir pərdə aşikarə dərdimi

Cavan, səndən ayrılalı gülmədimGözdən axan qanlı yaşı silmədimUşaq ikən eşqə düşdüm, bilmədimƏfzun etdi vara-vara dərdimi

Muncə halım izhar etdim həbibəRəhm etmədi heç mən təki qəribəNə qədər yalvardım qanlı təbibəYetirmədi bir timarə (?) dərdimi

Neçə kim dad etdim, dadə yetmədiBiwəfanın dərdi candan getmədiBu gündə də görüb rəhm etmədiMən nə deyim sitəmkarə dərdimi

Canım qurban olsun hamıdan xasəQaralar geyibən batmasın yasəDost demiş ki, deyin Bayat AbbasaMən sataram ol xəridarə dərdimi

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви