Bu, haman qılıncdır?
“Azərbaycan xalqı parçalanmış xalqdır”İqor Belyayev
İqor Belyayevə açıq məktub
Doğrudur Belyayev, doğrudur tamam,“Gülüstan” kəndində bir qərib axşam,Özgə bilməsə də, sən ki, bilirsənKimlərin əliylə, hansı qılıncla,Özüm istəmədən, özüm bilmədən,İkiyə bölünüb parçalanmışam.İndi illər keçir, o qara gündən,İkiyə bölünüb, yaşayıram mən...Xalqdan soruşmadan, saya salmadanBöldülər bir xalqı, eli, torpağı...İkiyə böldülər yanan ocağı.Kimsə yetişmədi dada, fəryada,(Ayrılıq həyatın qanunusa da),Qoy kimsə düşməsin biz düşən oda...İki əsr ayrılıq,Dəhşətə bir bax!Bu dərdə dözməzdi dünyada bir dağ.Bir xalqı böldülər, sərhəd qoydular,İkiyə bölünən Araz ağladı.Sərhəd yaraladı ana torpağı,Bir elin, bir xalqın müsibətinəMin kaman inlədi, min saz ağladı.Sən bir təsəvvürə gətir bircə an,Zorla ayrılmışdır qardaş bacıdan.Doğmanın birisi bu tayda qalmış,Digəri o tayda,Ortada hicran.Baladan ayrılan ana qəlbindəMin fəqan qoparır, fəqan ayrılıq.
Şair fəryad edir, aşıq əl-aman,Ah “aman ayrılıq, aman ayrılıq!”Dünyaya göz açan uşaqlar belə,Əmir bu həsrəti ana südüylə.Ayrılıq dərdini elə beşikdənDuyur körpələr də istər-istəməz.Bu dərdin çəkisi bütün dünyadaHeç bir tərəzidə çəkiyə gəlməz.Dünyada nə belə bir ayrılıq var,Nə də ki, yüz illər ayrılığınınFil çəkməz yükünə dözən canlılar...Yəqin eşitmisən,Deyirlər axı,İntizar ölümü qoymayır yaxın.Həsrət bir ürəkdə dözümə baxın,Əlli il gözləmiş ana oğlunu,Sən dözüm görmüsən belə bir kəsdə?Görüşmək istəmiş o son nəfəsdə,Son istək torpağa qovuşmuş ancaq,Nə yaxşı alışıb, yanmamış torpaq.Bu dərdin hamısı deyildir hələ,Hələ də yoldadır oğul gözləri,Ürəyi intizar, qulağı səsdə,Gözləri yol çəkən həsrət ananınGedə bilməmişdir məzarı üstə.Ağalar icazə verməmiş ona.Eldən ayrı düşmüş elin oğluna.Buna gör dözərmi bir növi-bəşər?Gərək daş olasan, sən gözlü bir daş,Yüz illər dözəsən bu müsibətə,Buna gör dözərmi bircə vətəndaş?..Sən doğru deyirsən,Bu boyda dərdiNə bir dövlət görür, nə də məmləkət.Görmürlər bir elin müsibətini,Bir xalqı susdurmaq çətindir fəqət.Xalqım səbrlidir. Kənan səbrli,Bu boyda dərdini gətirməz dilə.
Fəqət dünya bilir, sən də bilirsən,Yaram sağalmamış bircə gün belə.Dərdlər var dünyada, çarələr də var,Fəqət sağalmayan yaralar da var.Mənimdir bu çarpaz, sağalmaz yara,Nə qədər göz dikim mən bu yollara?Ömür ayrılığı,nə çox, nə də az.Biri soruşmayır, biri demir ki,Zülüm haqsızlıq da bu qədər olmaz...Bir xalqın evinə sərhəd qoyublar,Bir xalqın ömrünə sərhəd qoyublar,Zorla ayırıblar,Görüşlər yasaq.Bir xalqın taleyi iki ağanınƏlində dönərək olmuş oyuncaq.Sən gəl sağalmayan yaramı açma,Bir elin tükənməz müsibətini –Zülmü, haqsızlığı bir qaxanc edib,Min bəlalar çəkmiş başıma qaxma!O köhnə qılıncı alıb əlinə,Yüz illər qövr edən yarama taxma!..O köhnə qılıncdan illərdir, illər,Qəlbimin başında ağrılar gəzir,O qılınc illərlə köhnə qınındaGizlənib, dayandı əmrə müntəzir.Qırx beş-qırx altıda çıxdı meydana,Bəli, o günlərdə gözlənilmədənÇıxdı qılafından, çıxdı qınından,Şeytan o şeytandı, meydan o meydan.O qılınc bir anda göründü, lakinArxamda durmadı, yenə o zaman.Düşmənlə tək qoyub meydanda məni,Sivrilib toz kimi çıxdı ortadan.Köməyə gəlmədi qardaş-qardaşa,“Öldü var, döndü yox” polad vədlərŞişəyə çevrilib, toxundu daşa...
Zəfər tuş gələndə məğlubiyyətə,Boğazdan asıldı min-min nəfərim.Gülləbaran oldu igid ərlərim.Mən unutmamışam, heç vaxt unutmam,Çalış yadına sal o günləri sən,(Nələr çəkməmişəm o günlərdə mən).Doğmalar o tayda, qan gölü Təbriz,Qan gölü Marağa, Ərdəbil, Zəncan.Od qalxır bu tayda, od varlığımdan...Üzü də qaradır, qəlbi də qara,Qəribə ruhu var mühacirətin,Vətəndən uzaqda, baş saxlamaq daDünyada hər dərddən çətindir, çətin.Bəzən düşünürəm haman o qılınc,Bir qara səhərdə, bir şum səhərdə,Bir ala toranda, Yevlax yolundaHaqladı Mircəfər Pişəvərini,O Azər elinin dönməz oğlunu,O Azər yurdunun igid ərini...Ayrı düşən elin zərrəsiyəm mən.Cavabsız sualın cavabı səndən,Söylə: Vətənsizəm, yoxsa vətəndaş?Ömür başa çatır, dözüm də qardaş!Öz doğma yurdumda, öz torpağımda,Qırx ildir qonağam,Qonağa bir bax!Süfrəyə bir əlim uzanır ancaq...Hələ bu harası, bu harasıdır,Bir insan ömrünün qəribəliyi,Bir şair ömrünün məcarasıdır:Sicildə təvəllüd yerim o taydır,Pasportdasa bu tay,Sən dərdə bir bax,Kim nəyi istəsə, yazıb qol çəkir,Nəyi istəməsə, alıb pozacaq.Bu elə dolaşıq bir kələfdi ki,Əlinə götürsən əli yandırar,Dilinə gətirsən dili yandırar...
Sən yaxşı bilirsən İqor Belyayev,Bir xalqın dağ boyda müsibətiniNə duyan, nə anan, nə də qanan var,Bir şey sənə məlum, mənə də aşkar;Xırda millətlərin dözümü çoxdur,“Parçala, hökm elə” demiş böyüklər,“Parçala, hökm elə” demiş ağalar...Yaramdan qan sızır hər səhər-axşam,Hələ göynəyəcək ayrılıq yaram.Sənin dediyintək istər, istəməz,Dinib danışsam da, danışmasam da,Fəqət taleyimlə barışmamışam.Bu dünya selində yerim var mənim,Axına qoşulub qarışmamışam.Mənim öz varlığım, öz qüdrətim var,Məni dönə-dönə sınamış zaman,Əyə bilməmişdir sonsuz sınaqlar.Tufan yıxmaz məni!Su boğmaz məni!Ümmanlar batırmaz,Külək yatırmaz.Atsalar odlara, alova məni,Yenə də yanmaram,Çünki əzəldənOddan yaranmışdır öz ulu dünyam.Torpağım qızıldır, varlıyam mən də,Hatəmi Taiyəm yeri gələndə.Özgə torpağında zərrə gözüm yox,Özgələr malında zərrə gözüm yox,Haram yeməmişəm, yemərəm haram,Belə yaşayaram nə qədər varam.Fəqət torpağımın bir zərrəsini –Bircə qarışını vermərəm yada.Elini atanın, yurdun satanın,Suçu bağışlanmaz bizim dünyada.Mənim öz mənliyim, öz vüqarım var,Nə qulam satılam,Nə də ki, ağaKökümlə bağlıyam doğma torpağa!Odlar məkanıdır mənim Vətənim,Bu odlar diyarı, odlar məkanıMəni sehirləmiş elə beşikdən,Yenidən bölsələr bütün dünyanı,Ürəkdən deyirəm, ürəkdən inan,Bütün bəlaları, müsibətiləYenə də götürrəm Azərbaycanı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-bu-haman-qilincdir
Клавиши ← → для перехода, R — случайное стихотворение