Ağlaram
Şikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.Qorxum budur, həsrət qalam yarıma,Fələk ilə düşmən oldum, ağlaram.
Bizim ellər dağdır, daşdır, virandır,Qadir Mövlam, hər mətləbi verəndir,Bayırda qar, çovğun, dolu, borandır,Vətənimdən ayrı düşdüm, ağlaram.
İgid odur, öz sinini gizləyə,Ciyərini kabab edib duzliyə,Rəvamıdır, Qərib burda gözləyə,Fələk ilə düşmən oldum, ağlaram.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-peri-aglaram
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Nə vüsalım, nə həsrətim,Nə sevgim var, nə nifrətim,
Eyləmişdim, sənəma, vəslinə adət gecələrEyləmişdim, sənəma, vəslinə adət gecələr,İndi sənsiz mənə bərpadı qiyamət gecələr.
Qəzəl: Ləbinlə dilləşə bilməz nə gül nə qönçeyi-həmraLəbinlə dilləşə bilməz nə gül nə qönçeyi-həmraQədinlə boylaşa bilməz nə sərvi-naz nə rəna
AşiqiyəmBulaq üstdən gələn, ay qız,Camalının aşiqiyəm.