Eyləmişdim, sənəma, vəslinə adət gecələr
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Eyləmişdim, sənəma, vəslinə adət gecələr,İndi sənsiz mənə bərpadı qiyamət gecələr.
Alır aramımı əzbəski, o bimar gözün,Dili-rəncurumu qoymaz yata rahət, gecələr.
Ruzi-vəslində mənim səbrü qərarım yox idi,Necə mümkündü fərağında fərağət gecələr?
Gecələr bəs ki, qəmindən çəkirəm naləvü ah,Ahü naləmdən edir xalq şikayət gecələr.
Düşə bir də şəbi-vəslin ələ, ey mahi-tamam,Eylərəm bircə tamaşayə qənaət gecələr.
Qamətin fikri açılmaz gecələr başımdan,Başa gəlməz bu qiyamətdən əlamət gecələr.
Gündüzüm hər necə pürdərdü məlal olsa keçər,Olu dərdi-qemim, ey şux, ziyadət gecələr.
Baxsa ayineyi-rüxsarına, ey mehri-münir,Öz camalından olur mah xəcalət gecələr.
Xəmi-zülf içrə üzündən gözüm olmaz qafil,Sübhü bidar tapar əhli-ibadət. gecələr.
Sübhə dək nalə çəkib, yatmaram, ey sərvi-qiyam,Qaimülleyl məni qılmış o qamət, gecələr.
Bilmisən başıma zülfün nə müsibət gətirib,Çəkərəm zülfün əlindən nə riyazət, gecələr.
Xabi-naz içrə özün sübhə kimi rahatsan,Bilmisən zahir olur məndə nə halət, gecələr.
Gündüz, ey məh, sənə mümkün deyi gəlmək, bilirəm,Eylə bari məni-bimari əyadət, gecələr.
Kəbeyi-ruyunu ol kimsə ziyarət qılmaz,Ki, üzün etməyib əşkilə təharət gecələr.
Макта — последний бейт с тахаллусом поэта. Algilən canımı, qurtar qəmi-hicranından,Yoxdu Ləlidə bu hicranıma taqət, gecələr.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirze-eli-leli-eylemisdim-senema-vesline-adet-geceler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məni,Ki, şövqi-arizi-canan çəkib hüzurə məni.
Xalından uçdu mürği-xəyalım ləb üstünəXalından uçdu mürği-xəyalım ləb üstünə,Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.
Qaşların kamanilə sən ox vurdun qəlbiməQaşların kamanilə sən ox vurdun qəlbimə,Sinəmdən keçib batdı yaralı qəlbimə.
Bir deyənBir deyən yoxdur, ey xudavənda,Bu bədən qurquşundu, ya misdi?
Стихи других поэтов · О разлуке
خواهم که کنم به وصل هجران تولاش
HəsrətliyəmBir ağır yük daşıyıram,Möhnətliyəm, möhnətliyəm.
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.