Bir ağır yük daşıyıram,Möhnətliyəm, möhnətliyəm.Sənlə sənsiz yaşayıram,Həsrətliyəm, həsrətliyəm.

Yenə yağır tənə daşı,Hədəf olur bağrım başı.Haçan görsəm o göz-qaşıHeyrətliyəm, heyrətliyəm.

Ağladırsan gildir-gildir,Bircə yol da güldür-güldür!Özün söylət, özün dindir,Söhbətliyəm, söhbətliyəm.

Ürək çəkən intizarıÇəkə bilməz yük qatarı.Qismətimdir eşqin varı –Sərvətliyəm, sərvətliyəm.

Qəm əlindən qəlbim diltəng,Qapınızda dursa pələngGələsiyəm, qoca filtək –Cürətliyəm, cürətliyəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке