Nə müddətdir mənə ol sərvqamətdən xəbər gəlməz
Nə müddətdir mənə ol sərvqamətdən xəbər gəlməz,Qiyamətdir məgər, bir qasidi-nikusiyər gəlməz?
Rəhi-vəslində, ey göz mərdümü, bihudə seyr etməKi, mən çox görmüşəm peymanşikən, gəlləm, – deyər, gəlməz.
Mətai-hüsnə istərdim verəm canı, dedi zülfü:Xəta gər dəyməyə bizdən, bu sövdadən zərər gəlməz.
Bilib, qürbi-gədə mümkün degil sərdar bəzmində,Budur vechi ki, mütləq kuyuna şəmsü qəmər gəlməz.
Bəsani-şəmi-məhfil gecələr ta sübhədən yannam,Məni dildadəyə səngindilin rohmi məgər gəlməz?
Xədəngi bari-əvvəl köksümə bir gəz dəgib keçdi,Nədəndir, bilməzəm, lütf eyləvib bari-digər gəlməz.
Edər düşdükcə vaiz vəsf abi-Kövsəri, əmmaMükərrər ləbi-nabın tək hədisi-mötəbər gəlməz.
Ayağın basa saqi başım üzrə cana minnətdir,Neçin zöhd əhldən bir dərdməndə xeyrü şər gəlməz.
Nə bir namə, nə bir qasid, nə bir peyki-səba, Zakir,Tutuşdu atəşi-hicrə dilü canü cigər, gəlməz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-ne-muddetdir-mene-ol-servqametden-xeber-gelmez
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O gün ki, ateşinlik arizi-cananə yazmışlar,Məni-sərgəştəni ol ateşə pərvanə yazmışlar.
Olubdu məclis-ara sağəri-mina çəmənlərdəOlubdu məclis-ara sağəri-mina çəmənlərdə,Salıb sothi-zəminə nəqşi-pürziba çəmənlrdə.
Olur gəh-gəh nümayan sinədə narinc püstanıOlur gəh-gəh nümayan sinədə narinc püstanı,Təəccüb eylərəm, aya, bu sərvin kimdi dehqanı?
Ol cəfakar nəzərdən bizi atmış kimidirOl cəfakar nəzərdən bizi atmış kimidir,Qeyr ilə həmdəm olub, ülfəti qatmış kimidir.
Стихи других поэтов · О любви
در صد هزار پرده عیان در برابری
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,