Nə qədər cövrü cəfa eyləyə dildar mənə,Eyləməz eylədigin dideyi-xunxar mənə.

Gah-bigah baxıb xalü xəti-mişkinə,Eylədi ruzi-cahantabı şəbi-tar mənə.

Dün gecə xabdə çox mari-siyəh tutmuş idim,Odur əl verdi bu gün türreyi-tərrar mənə.

Gözlərindən məni-bədbəxt bir asayiş yox,Uddurur qan gecələr ol iki bimar mənə.

Çarə yoxdur, bilirəm, ləli-ləbin xəstəsinə,İçirir badeyi-gülgun genə naçar mənə.

Bir zaman təndən oxun tarı üçün çəkmə, təbib,Görsün əğyar ki, yarın nəzəri var mənə.

Dedilər qönçə bilir sirri-dəhanın, əmma,Nə qədər sordum isə qımadı izhar mənə.

Şükr-lillah ki, görəndən bəri ol sərməsti,Etməyib tənü təərrüz gülən ağlar mənə.

Tiğinə qıymadı, mən ölməyimə şakir idim,Həqqə baxsın, deməsin kimsənə biar mənə.

Üzünə pərdə salıb ol məhi-bimehr deməz,Mahilə mehr olub aşiqi-didar mənə.

Qalmışam badiyeyi-qəmdə, kimim var, Zakir,Didəvü dldi həmin munisü qəmxar mənə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви