Mən dağlar çiçəyi deyərdim sənə,İndi sən olmusan boyalı dilbər.Söylə, nə ad verim bu görkəminə,Necə təsvir edim bu halı, dilbər?!

Təbiət qızını nəzmə çəkərdim,Camalı dəyişsə qan-yaş tökərdim,Yenə dağlar qədər çoxaldı dərdim,Artdı ürəyimin məlalı, dilbər.

Mən səni şölədən parlaq sanardım,Eşqinlə od tutub hər gün yanardım,Müqəddəs arzuyla qanadlanardım,Gözlərdim əbədi vüsalı, dilbər.

Hər elin öz dəbi, öz adəti var:Ənlik, kirşan neylər lalə yanaqlar?!“Qana” niyə batsın sədəf dırnaqlar?!Cavabsız qoyma gəl sualı, dilbər!

Saçın zülmət idi, camalınsa gün,Batan ulduz kimi, ay kimi söndün,Yaşıl yarpaq idin, xəzana döndün,Ey ötən sevgimin xəyalı, dilbər.

Meyvəsiz çiçəktək ömür bağındaTez açıb solarsan cavan çağında,Muzey əşyasısan öz otağında,Neylərəm bu “cahi-cəlalı”, dilbər!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви