Əllikinci il idi...Qızıl payız günündəMən indiki sən idimSən dünyaya gələndə.

Asimanda ümidsizDövrə vuran bir quşdum.O gün əbədiyyətə –Bitməz ömrə qovuşdum.

O gün büsat çağımdı,Qalxdım ilham atına,Havalandı köhlənim,Şer oxudum adına.

Yoxsul şair, nimdaş ev,Addımbaşı ehtiyac...Sənin ilkin gülüşünQəm-qüssəyə dedi: – qaç!

Var-dövlətin gölündəÜzməsən də o vaxt sənOyuncaqdan korluğunOlmayıbdır mən bilən.

Bələyini bəzədimPoeziyanın gülüylə.Boya-başa yetirdimSəni şerin puluyla.

Yazdığım ilk mahnı daLaylasıdır o çağın.Demək tamam şerləYoğruludur varlığın.

Tərk etməyə ömrünüBelə şuxluq, səadət –Kaş ki, bələdçin olaHəyatda da şeriyyət...

Ağı oldu şeriyyətləKeçən ömrüm, həyatım.An-an ötür FəxrəddinləFəxrəddinsiz saatım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов