1973-cü ilin oktyabr ayında İsrail-ərəbmüharibəsinin şiddətli dövründə oğlumFəxrəddinin Dəməşqdən yazdığıməktublara cavab

Məktubun başlayır: “hələ ki sağam.Hələlik səbr edin, hələlik dözün”.Gör necə möhkəməm, yıxılmaz dağam –Uçurub tökmədi məni bu sözün.

Gör necə naterəs, üzübərk daşam –Sənin bu sözündən toza dönmədim.Necə nəs çırağam, necə hisli şam –Sənin bu sözündən qəfil sönmədim.

Necə toza dönüm, necə sönüm mən,Qalmısan qürbətdə əli uzalı.Gücsüzəm, deyirəm, oğul, səsimdənBəlkə bircə anlıq dərdin azalı.

Gətirir vətənə telefon səni,Sehirli görüşə çatırıq asan.Uduram qəhərli, xoş nəfəsini,Özünlə, sözünlə lap yanımdasan.

Ah, yenə xəyaltək uçdun haraya,Dənizlər, səhralar düşdü araya...Səs yetir, əl çatmır, qurbanın olum,Getmir, qulağımdan harayın, oğlum!

Ora yağan mərmi yağır başıma,Sənsizəm – özümdən, evdən qaçağam,Uçrumlu dərələr çıxır qarşıma.Sorursan necəyəm?– Hələ ki, sağam...

Nə xoşbəxt çağ imiş, aman, o günləri! –Üzülü deyilmiş ümiddən əlim...Necə fərəhliymiş – necə bəxtəvərSonralar səninlə keçən on ilimi!

Görüş yerimizdi indi məzarın,Yenə də deyimmi “yıxılmaz dağam” –Belim əyilidi torpağa sarı,Nəfəs gedib gəlir, hələ də sağam,Hələ də sağam...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов