Yaman xəstə düşübdürMəlahətin nənəsi.Əsir əli, ayağı,Şaqqıldayır çənəsi.

Sızıldayır, tövşüyür:– Aman, aman, ürəyim,Nəfəs çəkə bilmirəm,Qovuşubdur kürəyim...

Bilmək olmur, doğrusu,Həkimlərin dilini,Biri qan vurun deyir,O birisi zəliniDərman kimi buyurur,Adamı çaş-baş qoyur.

Bir başqası dillənir:“Sətəlcəmdir, sətəlcəmBu həbləri qəbul et,Sabah yenə gələcəm...”

Mat qalıbdır nənəsi,Mat qalıbdır Məlahət:“hərəsi bir söz deyir,Olarmı heç belə dərd?!

Hamısının heyrətdənYaman çatılıb qaşı.Bəlkə bu həkimlərinXarab olubdur başı?

Yayın cırhacırındaSətəlcəmin nə dərdi?Bir sümük, bir dəriyəZəli qoymaq hədərdi!..”

Nənəsinin böyründənBir addım da qopmayır,Barmağıyla nəbziniTutub diqqətlə sayır.

Soyuq suda isladıbDəsmal qoyur başına.Baxsan yazığın gələrGözlərinin yaşına.

Təngə gətirib onuUşaqlar da bayaqdan:– Ay qız, nə vaxt, de görəkÇıxacaqsan otaqdan?

Daşaltına yollananHər gün dəstə-dəstədir...– Yubanmayın gedin siz,Mənim nənəm xəstədir...

– Nə olsun ki, sağalar...– Bəhanəni burax sən,Nə xeyrin var qalanda?Həkimsən?– Çay gətirrəm, su verrəm,Qulluğunda duraram...

Əl çəkməyir uşaqlar,İnad edir Məlahət.Qulağına yetişirNənənin də bu söhbət.

Deyir: “Bala, sən də get,Anan-atan evdədir.Tanıtdığım otlardan,Çiçəklərdən yığ gətir.Bir-bir deyim qulaq as,Qurban sənə nənəsi:

İstəyirəm şorbamaQatılsın dağ nanəsi,Quşəppəyi, cincilim,Bir az da çöl kişnişi.Əvəliklə qırxbuğumMəlhəm edər bişmişi.

Çibanım var, amandır,Hardan olsa, tap qızım,Gətir bağayarpağı,Penisillin nə lazım?..

Qıçlarımı yel tutub,Qoy dalasın gicitkən;Öskürəyin, sancınınƏlacıdır baldırğan.

Dəm almamış çayımaTapıb töksən sən əgər –Keklikotu, həmərsin,Moruq kökü, qantəpər,Cökə gülü, diş otu,Zirinc, meşə zirəsiSağalaram, yüz dərdin,Dərmanıdır hərəsi...”

Kirpik çalıb dinləyirNənəsini Məlahət.Gözlərində min ümid,Ürəyində bir həsrət.

Torbasını götürübUşaqlara qoşulur.Qanadlanır həvəsdən,Yamaclarda quş olur.Baxışıyla ələyirÇiçəkləri, otları.Çəkmir onu ağ tutun,Qara tutun nobarı.Nə də ona gəl deyirTəranəli bulaqlar.Tut çırpsa da, çimsə də,Oxusa da uşaqlar,Yoxdur, yoxdur bunlaraMəlahətin həvəsi.Ondan əlac gözləyirAxı, xəstə nənəsi.

Hər çiçəyi zənn iləAxtarır o, seçir o.Uçurumların üstündənKeçi kimi keçir o.

Dovşan olub baş vururGah dərəyə, gah yala.Bir yol hündür qayadanDüşəcəkdi az qala.Hədər getmir çəkdiyiƏziyyəti, cəfası.Çölün, düzün ətriyləDolur şəfa torbası.

Ayaq üstə azacıqFikrə gedir MəlahətBaşqa gözdə görünürİndi ona təbiət.

Baxır üzü şəfqətli,Sehrli bir aləmə.Ağ xalatlı həkimmişAğ zirvələr sən demə!Böyük əczaxanaymışAzərbaycan dağları.Gül-çiçəklə qovur oHər dərdi, hər azarı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов