Sənə baxanda
“Sənə nə olub!” demə, sənə baxanda,İrad tutma, o şirin, mənalı anda.İrad tutma səhrada bulaq görənə,Yaza həsrət qalana – çiçək dərənə.
İrad tutma sən çörək istəyən aca,İrad tutma havaya, suya möhtaca.
Şaqqıltıyla göy gülər, bulud sevinər,Dağlar verər səs-səsə şimşək çaxanda:Qəlbin mizrab dəyməyən telləri dinərGözüm qızıl telinə dönüb baxanda.
Gözlərimdə hər fəsil açar yasəmən –Dodağını, qaşını, üzünü görcək,Dəyişmişəm – özümü tanımıram mən.Şirin-şirin alışan gözünü görcək –
Sönən ömür şamının yanır hər biri,Ötən gənclik çağları qayıdır geri...
“Sənə nə olub!” demə sənə baxanda,İrad tutma o şirin, mənalı anda.Gözəl görmək savabdır, atalar deyib,Gözəlliyə göz yummaq eyibdir, eyib...
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-sene-baxanda
Клавиши ← → для перехода, R — случайное стихотворение