Axar sızıltıyla yol gedə-gedə,Endikcə, qalxdıqca coşar bulaqlar.Gəzib bir-birini tapar dərədə,Sevincdən kükrəyib daşar bulaqlar.

Rəqs edib çırpınar, qarışar selə,Sığmaz məcrasına, sığmaz sahilə,Mat qoyar aləmi zənguləsiylə,Ümman məclisinə qoşar bulaqlara.

Gəlməzdi bir zaman səsi-səmiri,Yeraltı məhbəsdi məkanı, yeriZülmətdən, zəncirdən qopandan bəriƏbədi mahnıyla yaşar bulaqlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов