“Vətən” yazdım...
“Vətən” yazdım...Qanadına aldı məni xəyalım,Odur bəxtim, səadətim,Odur cahım-cəlalım.
Necə yazım bir şer ki,Gəzsin dildə-ağızda.Bir ümmanı sığışdırımBircə parça kağızda?
Hansı rənglə təsvir edimÇəmənini, düzünü,Dağlarının ətəyini,Çeşməsinin gözünü?Sevimlimiz Qarabağı,Savalanı, Kəpəzi?
Necə lövhə yaradım ki,Yaranmamış əvəzi?Hansı səslə haraylayım
Arazı mən, Kürü mən,Utanmayım dağ dalğalı,Quzu gözlü Xəzərdən?
Savad hanı – ayırd edimAlnındakı yazını?Mizrab hanı – məharətləDilləndirim sazını?Hünər hanı – eyham vurubDanışanda sarı sim,Damarımda coşan qanınQabağını mən kəsim?Hardan tapım ürəklərinDaşa dönmüş sərtini,
Söyləyəndə tab eləsinBu torpağın dərdini?
Hardan tapım bu CulfadanO Culfaya işləyən,Tarix boyu üzəriniTikan örtmüş yolu mən?
“Vətən” yazdım...Qanadına aldı məni xəyalım,Odur bəxtim, səadətim,Odur dərdim-məlalım...
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-veten-yazdim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Mənim ey naxçıvanlı şairə heyran olan konlüm,Yazan latayilate matü sərgərdan olan könlüm.
Gəlsinİstəkli tələbəm Ruhulla Axundova*O gün olsun bağıma sevgili yarım gəlsin!
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
Şirin bir laylayamDağların başında bitən çiçəyəm,Hər əsən küləyə baş əymərəm mən.