Dəniz xislətli torpaq
Qəzəblə qabarar, fərəhlə çağlarDəniz xislətlidir vətən torpağı.Xalqı nəsil-nəsil ələyib saxlar,Gendir, səfalıdır, pakdır qucağı.
Həm də səbrlidir o nəcib ana,Təmkinlə ayırıb xeyirdən şəri,Sadıq övladları basır bağrına,Kənara tullayır naxələfləri.
Kənara tullayır ağac qurdutəkGövdəni içindən yeyib yıxanı,Qovub uzaqlara aparır küləkƏslinə-kökünə dönük çıxanı.
Belə sehrlidir vətən qucağı,Xalqı nəsil-nəsil ələyib saxlar.Dəniz xislətlidir onun torpağıQəzəblə qabarar, fərəhlə çağlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-deniz-xisletli-torpaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Böyüdün, bərkidi qolun-qanadın,Tay-tuşun içində seçildi adın.
ƏbədiyyətBir adamın bütün nəsliYer altından qalxsa əgər,
İlk məhəbbət dedim, budur son andımİlk məhəbbət dedim, budur son andım.Kölgətək arxanca gəzib dolandım,
Məhəbbətin alovu(Mahnı. Musiqisi Xəyyam Mirzəzadənindir)*Dindirirəm dinməyirsən,