Nəğməkarın nə günahı, tarçı neyləsin,Muğam kimi möcüzəyə qulaq kar olsa?Tanıyarmı qapısını elçi bir kəsinYaraşıqlı, gözəl-göyçək qız biar olsa?

Bulud göydə qaynaşanda yaz çağı hərdən.Köhlən üstə qürrələnmə, yapış yəhərdən.Yırğalanan ağaclar da düşər bəhərdənÇiçək vaxtı çovğun qopub qəfil qar olsa.

Papaq altda kişilər var – bir el yiyəsi,Məqam gəlsə, od püskürər ağır nəfəsi.Sönüb gedər pəhləvanın gücü-həvəsiNərəsinə, cövlanına meydan dar olsa.

Qayalar da tablamayır coşanda dəniz,“Piratlar”sa yoxa çıxır səssiz-səmirsiz.Dalğaları tamam şəffaf görəsiyik biz,Ömür azca vəfa etsə, tale yar olsa.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви