Yenə yada düşdü nakam eşqimiz,O gözün oduna bir daha yandım.Məhəbbət ötəri hal ha deyilmiş,Ah çəkdim Kərəm tək of, aha yandım!

Yaram hələ sağalmayıb, qaysardı,O səs məni ötən günə qaytardı.Varlığımı haray sardı, hay sardı,Od tutdu bu canım, daha oysandım!

Vəfalı dilbərim üzümə güldü,Şux baxdı üzümə, qəlbimi bildi.Ağ Aşıq, Süsənbər bir əhli-dildi,Görüncə üzünü ilahə sandım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви