Yandırır
Gözəllərə bağlayıram dastanı,Bir mələyin eşqi canı yandırır.Sərraf olan lələ qoyar qiyməti,Göz görəndə din-imanı yandırır.
Sonam cilvələnib qarşımda durur,Xədəngini bağrım başına vurur,Bürümür üzünü, mərdanə durur,Bir baxışla yüz min canı yandırır.
Gözəllər açıbdır Yusif bazarı,Bəsləyib sinədə Hindistan narı.Gözüm gördü, artdı canım azarı,Ağ Aşıq tək binəvanı yandırır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ag-asiq-allahverdi-yandirir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Deyişmə
— Xurşid:Aman Çoban, mən yarımı ararəm,
Mürəbbe: Bir namə yazmışdı gözlər şahıBir namə yazmışdı gözlər şahı,Gəldi mən tək mübtəlayə yetişdi,
Hekayəti-Seyyid Ələm SəlyaniSəlyanda var idi bir Seyyid Ələm,Ələmdən olmuşdu mərdi-möhtərəm.
Bir məktuba cavabSorma dəxi sorduğun əhvaldən,İştə, bəidəm bu gün iqbaldən.