— Xurşid:Aman Çoban, mən yarımı ararəm,Canımı, başımı fəda qılaram,Mən bunda kimə aşikar edərəm,Çoban, nə diyara getdi sevdiyim?

— Çoban:Bir aydır ki mən bu yerdə dururam,Getdiyi yolları mən nə bilərəm,Mən səni bu gecə qonaq edərəm,Mənə çox əmanət etdi də getdi

— Xurşid:Çoban qardaş, sən yarımı gördünmü,Gizli sirrimizə sən də irdinmi,Dərdimi, halımı andan sordunmu,Çoban, nə diyara getdi sevdiyim?

— Çoban:Bir ay əvvəldi yarın bundan keçəli,Eşq camın şərabını içəli,Gizli sirlərin mənə açalı,Çoxlu əmanətlər etdi də getdi

— Xurşid:Deyirdilə gəl, sənin bağ olsun,Yalançı dünyada başın sağ olsun,

Haqq divanında üzün ağ olsun,Çoban, nə diyara getdi sevdiyim?

— Çoban:Tanrı qovuşdursun nazlı yarına,Uğurlar tuş olsun kar-u barına,Ərz olsun gözlər şəhr-yarına,Bu yerdə üç gecə yatdı da getdi

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви