Eşqsiz qalan bir dil kimi göz dikərək ənginə,Gizli-gizli həsrət çəkib ağlarmıan, Tamara?Dalıb dilib axşamların yas doğursan rənginə,Aşıb-daşan Dəryal kimi çağlarmısan, Tamara?Yadındamı bir baharda üz-üzə gəldik vəcdə,Sən mənə bir eşq oxudun, etdim bu eşqə səcdə,Səndən başqa almadım mən ilk bahardan bir müjdə,Sən könlümü zəncirləyən bağlarmısan, Tamara?Yadındamı mana sundun göy Borjomun suyunu,Ilk olaraq mən qucmuşdum o yüksələn boyunu,Bir qəhrəman Şamil kimi güdsəm ölüm oyunu,Mana imanlı bir ümid bağlarmısan, Tamara?..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви